AZ

Emin Ağalarov Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçildi (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycan – Rusiya İşgüzar Şurasının növbəti iclasıkeçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatınmüxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma,neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyətgöstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.

Trend xəbər verirki, bu barədə Azərbaycan İxracın və İnvestisiyaların TəşviqiAgentliyi (AZPROMO) bildirib.

Azərbaycan Respublikasının Tədbirdə çıxış edən iqtisadiyyatnaziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafınıvurğulayıb, iqtisadi - ticarət əlaqələrinin şaxələndirilməsikontekstində Azərbaycan – Rusiya İşgüzar Şurasının tərəfdaşlıqmexanizminin əhəmiyyətini qeyd edib. Bildirilib ki, birgəinvestisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarətpotensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzardairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da həriki ölkənin iqtisadi inkişafına töhfə verir.

İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan –Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən SəmədQurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzarəlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarınındəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.

İclasın gündəliyinə uyğun olaraq, Şuranın İdarə Heyətinəseçkilər keçirilib, Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarəHeyətinin sədri “Agalarov Development” şirkətinin təsisçisi EminAğalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru YusifAbdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər Bənənyarlıseçiliblər.

Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarovsahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və həriki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarınıngenişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətiniqeyd edib.

Tədbirdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasıarasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə SəmədQurbanova Fəxri Fərman təqdim edilib.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar ŞuraAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, RusiyaFederasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya – Azərbaycanİşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və müvafiqictimai təşkilatlarla fəal əməkdaşlıq edir.

Emin
Emin
Emin
Emin
Məqalədə:
Seçilən
17
21
az.trend.az

10Mənbələr