AZ

İsrail ordusu Livandakı terrorçu hədəflərə hücuma başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hizbullah" hərəkatının Dov dağına raket zərbələri endirməsindən sonra İsrail Müdafiə Ordusu (SAXAL) Livandakı terrorçu hədəflərə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL öz "Telegram" kanalında məlumat yayıb.
"Hazırda İsrail Müdafiə Ordusu Livandakı terrorçuların hədəflərinə zərbələr endirir", - bəyanatda bildirilir.
Dekabrın 2-də axşam İsrail ordusu "Hizbullah"ın ölkənin şimalındakı Dov dağı ərazisinə iki raket atdığını bildirib. Hərbçilərin məlumatına görə, xəsarət alan olmayıb. Bundan sonra İsrail tərəfi atəşə sərt cavab vəd edib.
Seçilən
60
20
oxu.az

10Mənbələr