AZ

Mənzurə estetik əməliyyatından narazı qaldı - "7 saat "narkoz"da qaldım ki..." VİDEO

Müğənni Mənzurə Musayeva 4 ay əvvəl keçirdiyi plastik əməliyyatından söz açıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb. 

Musayeva üzgərmə əməliyyatından narazı qaldığını ifadə edib: 

"Mən keçirdiyim plastik əməliyyatdan sonra üzümdə bir dəyişiklik hiss eləmirəm. Üzüm hər zaman gəşəng olub. Yalandan üzümə botoks etdirirdim. Üzüm gözəl idi. Sadəcə yüngülvari dedim, oyan-buyan... Nəisə... Əməliyyatdan sonra istədiyim o effekti görmədim. Məni əməliyyat edən həkim söyləyir ki, üzün hələ də şişdir. Amma mənə elə gəlir ki, şiş yoxdur. Əməliyyatımdan 4 ay vaxt keçib. O deyir ki, 2 aydan sonra yanıma gələrsən. Narazılığın varsa onda bildirərsən. Düşünürdüm ki, üzüm daha da dartılacaq. Üzgərməyə nə deyirlər? Əgər üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim ki? (gülür) 7 saat mən narkozda olmuşam. Adamdan soruşarlar ki, sən 7 saat nə edirdin?"

Milli.Az

Seçilən
42
50
milli.az

10Mənbələr