AZ

Əllər suda niyə qırışır?

Uzun müddət suda qaldıqda əllərimizin qırışmasının əslində çox maraqlı bir səbəbi var. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu vəziyyətin dərimizin suyu udması ilə əlaqəli olduğu deyilsə də, əslində sinir sistemimizin idarə etdiyi bir refleks nəticəsində meydana gəlir.

Birinci səbəb bioloji səbəbdir. Yəni əl və ayaqlarımızın dərisi uzun müddət suya məruz qaldıqda sinir sisteminin idarə etdiyi reaksiya nəticəsində qırışır. Xüsusilə ovuc içi və ayaq altlarında görülən bu refleks otonom sinir sistemini və qan damarlarını sıxaraq forma dəyişikliyinə səbəb olur.

Başqa bir nəzəriyyə isə bunun təkamüllə uyğunlaşma olmasıdır. Alimlər deyiblər ki, bu qırışlar nəm səthdə yaxşı qalır.

Dərinin suyu udduğuna dair ümumi bir yanlış fikir var. Ancaq bu, suyun udulması ilə bağlı deyil, sinir nəzarəti ilə bağlıdır. Belə ki, bir misal gətirək, avtonom sinir sistemi zədələnmiş insanlarda uzun müddət suda qalsa da dəri qırışmır.

Ayaq altı və əllərdə qırışlar görünür. Bunun səbəbi, bu nahiyələrdə dərinin strukturunun vazokonstriksiyaya daha həssas olmasıdır.

Milli.Az

Seçilən
37
1
milli.az

2Mənbələr