Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
Senzor.az bildirir ki, o, evində dünyasını dəyişib.
Məlumatı onun sənət yoldaşları KİV-ə təsdiqləyiblər.
Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı.
Xəyyam Əhmədli Azərbaycan Ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı...
Allah rəhmət eləsin!