AZ

İraq ABŞ-a həftəlik neft ixracatında Səudiyyə Ərəbistanı və Meksikanı geridə qoyub

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bazar günü elan edib ki, İraq son həftə ərzində Səudiyyə Ərəbistanı və Meksikanı geridə qoyaraq ABŞ-a ikinci ən böyük neft ixracatçısı olub.

“EIA” ABŞ-ın son bir həftə ərzində səkkiz əsas ölkədən ortalama xam neft idxalının gündə təxminən 5,65 milyon barrelə çatdığını, neft idxalının 6,73 milyon barelə çatdığı əvvəlki həftə ilə müqayisədə gündəlik 1,08 milyon barel azaldığını qeyd edib. Bu barədə “Shafaq News” məlumat yayıb.

Ötən həftə İraqın ABŞ-a gündəlik neft ixracı İraqın ABŞ-a gündəlik 237 min barel neft ixrac etdiyi əvvəlki həftə ilə müqayisədə günə 40 min barel artaraq 277 min barelə çatıb.

“EIA” ABŞ-ın xam neft idxalının əsasən böyük hissəsinin gündə orta hesabla 4,08 milyon barrel Kanadadan, ikinci yerdə gündə orta hesabla 267 min barel Venesueladan və orta hesabla 248 min barel ilə Səudiyyə Ərəbistanından gəldiyini göstərib.

ABŞ Braziliyadan gündəlik orta hesabla 227 min barel, Meksikadan 151 min barel, Nigeriyadan 146 min barrel, Kolumbiyadan gündə 142 min barrel, Ekuadordan isə 118 min barrel neft idxal edib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
46
ikisahil.az

1Mənbələr