AZ

ABŞ Ukraynaya 725 milyon dollar dəyərində silah göndərəcək

Amerika administrasiyası Ukraynaya 725 milyon dollar məbləğində növbəti silah paketi göndərməyə hazırlaşır, buraya piyadaəleyhinə minalar da daxildir. SİA xəbər verir ki, bu barədə "Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hərbi yardım paketinə pilotsuz uçuş aparatlarına qarşı sistemlər və HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları da daxil olacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni silahların tədarükünün cəbhədəki vəziyyəti dəyişməyəcəyini və yalnız münaqişənin uzanmasına səbəb olacağını demişdi.

Seçilən
28
49
sia.az

10Mənbələr