ABŞ-da prezident Co Baydenin rəhbərlik etdiyi hökumət, səlahiyyət müddətinin son ayında Çinə çip sənayesində əlavə məhdudiyyətlər qoyan yeni tədbirləri açıqlayıb.
Valyuta.az xəbər verir ki, ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun (BIS) verdiyi açıqlamaya görə, yarımkeçiricilərin hazırlanmasında istifadə edilən 24 növ çip istehsalı aparatına və 3 kateqoriya proqram təminatına ixrac məhdudiyyəti qoyulub.
Məhdudiyyət çərçivəsində süni intellekt çiplərində istifadə edilən Yüksək Bölmə Yaddaş (HBM) komponentinin də Çinə ixracı qadağan ediləcək.
Digər tərəfdən, Ticarət Nazirliyi 140 Çin şirkətini müəssisə siyahısına əlavə etməyi planlaşdırdığını açıqlayıb. Qeyd edək ki, məhsul və ya xidmətlər dövlətin xüsusi icazəsi olmadan müəssisə siyahısında olan şirkətlərə satıla bilməz.
ABŞ-nin ticarət naziri Gina Raimondo vurğulayıb ki, məhdudiyyətlər Çinin qabaqcıl hərbi texnologiyalar və silah sistemlərinin inkişafında çip texnologiyasından istifadəsinin qarşısını almaq məqsədi daşıyır.
©APA