AZ

Tramp Kanadanı hədələdi – “ABŞ-ın 51-ci ştatı ola bilər”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə görüşündə qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə, bu ölkəniAmerikanın 51-ci ştatı ola biləcəyi ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Tramp Trüdoya bildirib ki, əgər ABŞ-a Kanada sərhədi vasitəsilə qeyri-qanuni miqrant axını kəskin azalmasa və ticarət balansı düzəlməsə, yanvarın 20-də inauqurasiya günü bu ölkədən gətirilən bütün mallara 25 faizlik idxal rüsumları tətbiq edəcək.

Buna cavab olaraq, Trüdo xəbərdarlıq edib ki, belə tədbirlər Kanada iqtisadiyyatını məhv edəcək. Tramp isə zarafatla qeyd edib ki, bu halda Kanada ABŞ-ın 51-ci ştatı ola bilər.


Müəllif: Qənirə Süleymanova
Seçilən
20
teleqraf.com

1Mənbələr