AZ

Qarnın quruldamasına səbəb nədir? - "Həkimə müraciət etmək lazımdır"

"Çox müxtəlif səbəblərə görə, insanın qarnında qurultular ola bilir". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib. 

Hətta o bildirib ki, bəzən qarın qoymasına baxmayaraq, mədəaltı vəzi qidanı yaxşı həzm edə bilmir:

"Bu isə mütləq şəkildə qarında qurultulara səbəb olur. Həmçinin, bağırsağın hansısa nahiyəsində qida qalıqlarının keçməməsi çətin olanda da qurultu əmələ gəlir. Çünki çox çalışa da oradan keçə bilmir. Nəticədə, qarında qurultu dediyimiz səslər eşidilir".

363578

Həkim diqqətə çatdırıb ki, köp və ya qazın da qarın nahiyəsində qurultuya səbəb olması mümkündür:

"Bağırsaq daxilində qazın miqdarı çoxalanda da bu səs əmələ gəlir".

Rasif Bağırov qeyd edib ki, belə hallar olanda həkimə müraciət etmək lazımdır:

"Həkim xəstəni müayinə etdikdən sonra, qarındakı qurultuya səbəb olan problemlərin aradan qaldırılması üçün müalicəyə başlamalıdır. Ümumiyyətlə, orqanizmdə baş verən istənilən narahatçılıq mütləq şəkildə yoxlanılmalıdır. Əks təqdirdə, gələcəkdə çox böyük fəsadlar yarana bilir".

Pərviz

Seçilən
54
50
hit.az

10Mənbələr