AZ

CHP bələdiyyəsindən Atatürkə hörmətsizlik: görün nə etdilər - FOTO

Atatürkün göstərişi ilə Kahramanmaraş qalasında inşa edilən "Bayraq Tutan Boz Qurd Heykəli"nin Alanyadakı nümunəsi CHP bələdiyyəsi tərəfindən sökülüb.

Publika.az xəbər verir ki, heykəl Mustafa Kamal Atatürkün göstərişi ilə 1936-cı ildə hazırlanıb. Abidənin altındakı lövhədə “28 Teşrin Sani 335 (28 Kasım 1919) Cuma günü Türk Maraş, silah gücü ile inen bayrağını iman gücü ile yeniden dalgalandırdı” sözləri yazılıb.

Atatürkün vəfatından sonra heykəlin nümunəsi Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Alanya bələdiyyə sədri Adəm Murat Yücel tərəfindən şəhərin girişinə yerləşdirilib.

CHP bələdiyyəsi Atatürkün etibarını qorumamaqla növbəti qalmaqala imza atıb. Heykəlin ərazidən götürülməsi böyük səs-küyə səbəb olub.

Seçilən
30
publika.az

1Mənbələr