AZ

Co Bayden oğlunu əfv etməsi ədalətlidirmi?- ÖZƏL

"Dekabrın 2-də ABŞ Prezidenti Co Bayden oğlu Hunter Baydenin yalnız soyadı səbəbilə ittiham olunduğunu vəsiyasi motivlərlə həbs olunduğunu əsas gətirərək onun azad olunması haqqında əfv qərarı verib. Hunter bu yay silah alarkən narkotik istifadəsini yalan bəyan etməyəvə vergidən yayınmaya görə məhkum edilib və hər iki iş üzrə cəza bu ayın sonlarında elan olunmalı idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib: "Bayden əfv qərarını əsaslandıran zaman deyib ki, Hunterin işlərinin faktlarına baxan heç bir məntiqli şəxs onun yalnız mənim oğlum olduğu üçün hədəf alındığını inkar edəbilməz, bu yanlışdır və bu siyasi motivli həbs ədalətin pozulmasıdır. Daha sonra o əlavə edib: "oğlum Hunterı "sındırmağa" çalışıblar, lakin o, beş il yarımdır ki, təmizdir, buna baxmayaraq amansız hücumlar və selektiv ittihamlarla üzləşib. Onu qırmağa çalışarkən məni dəsındırmağa çalışıblar və bunun (siyasi repressiyanın) burada dayanacağına inanmaq üçün heç bir səbəb yoxdur. Yetər, bəsdir."

Beləliklə, Bayden etiraf edib ki, ABŞ-da hakimiyyətin 3 müstəqil qolundan biri olan məhkəmə daim iddia etdikləri kimi  ədalət və qanunun aliliyi prinsipi ilə deyil, siyasi sifarişlə və siyasi motivlər (qondarma faktlar) əsasında oğlunu həbs edib. Ancaq Baydenin gərək haqqını verəsən, heçolmasa,  hakimiyyətinin son günlərindəözündə cəsarət tapıb ABŞ-da baş verən siyasi repressiyaları, hücumları və həbsləri etiraf etmiş oldu. 

İndi ən maraqlı sual budur: Azərbaycanda guya siyasi motivli həbslərin olması, erməni terrorçularının azad edilməsi barədə az qala hər ay bəyanat verən konqresmenlər, senatorlar və Dövlət departamenti (özü-özünə məktub yazan) Baydenin ABŞ-da siyasi həbslərin olmasıilə bağlı açıqlamasına nə deyəcəklər? Onlar da özlərinin riyakarlığını vəikiüzlülüyünü, demokrtaiya və insan haqları adı altında ölkəmizə təzyiq etdiklərini etiraf edəcəklərmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
6
olaylar.az

7Mənbələr