Şuşa. Trend:
"Gənclər Paytaxtı" olan Şuşa şəhərində İslam Ölkələrinin GəncAlimlərinin Forumu keçirilib.
Trend xəbərverir ki, tədbir əvvəlcə Dövlət Himninin səsləndirilməsi iləbaşlayıb.
Burada islam mədəniyyəti və sivilizasiya, davamlı inkişaf,texnoloji yeniliklər və yaşıl gələcək naminə, süni intellekt,beşinci sənaye inqilabı, islam elm və təhsilinin əhəmiyyətli rolumövzusunda müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentiakademik Dilqəm Tağıyev İslam dünyanın zəngin dövrə sahib olduğunubildirib.
O, bu ölkələrin alimlərinin dünya elminə böyük töhfələrverdiyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda elmi müəssisələrin sayıkifayət qədər çoxdur.
D.Tağıyev hazırda Azərbaycanın 51 universitetində təhsil alan320 mindən çox tələbənin 96 faizinin gənclər olduğunu deyib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiriRamil Cabbarov İslam dünyasından olan gənclərə elm və təhsilsahəsində bir araya gələrək, uğurlu işlər görəcəyinə inandığınıbildirib.
O, bu tədbir sayəsində islam ölkələri arasında əməkdaşlığın sıxşəkildə inkişaf edəcəyini diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Yaradıcılıq marafonu"proqramında isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olanmüxtəlif istedadlı və yaradıcı gənclər dörd sahə - animasiya, film,moda, dizayn üzrə fərqli məhsullar yaradırlar.
Qeyd edək ki, İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanışmərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.