AZ

Paşinyan müharibəyə səbəb olan "məşhur" çıxışından danışdı

"Müxalifət partnyorlarımız mənim məşhur cümləmə qayıdırlar: "Artsax Ermənistandır və nöqtə". Mən bu gün bu məsələyə müraciət etməliyəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci il dövlət büdcəsinin yekun müzakirəsi zamanı deyib.

Paşinyan qeyd edib ki, onun hökuməti satqınlıqda ittiham olunur: "Müstəqil dövlətin öz atributları olduğu üçün indiyə qədər bizim dost və dost olmayan ölkələr deyirlər: "Belə olsaydı, tanıyardınız..." Üstəlik, bizi satqınlıqda ittiham edirlər. Ondan əvvəl mən deputat olmuşam və müxalifət tərəfindən Qarabağı tanımaq üçün bir neçə təşəbbüs olub, biz dedik ki, yox, Qarabağ müstəqil dövlət deyil. Gah dedik Qarabağ Azərbaycandır, gah dedik Ermənistandır, elə deyil? Yaxşı, bəs Qarabağ müstəqil deyil, Ermənistan deyil, Azərbaycan deyil, bu nədir?

2019-cu ildə nə baş verdi və bu nə dərəcədə düzgündür və ya mənim yeritdiyim siyasət nə dərəcədə düzgün və ya yanlışdır? Təəssüratımı bildirmək istəyirəm: əgər biz öz siyasətimizi Qarabağ məsələsini biraz da uzatmaq məntiqi ilə dəyərləndirsək, o zaman problemin ifadəsinin əvvəldən yanlış olduğunu unutsaq, siyasətimiz yanlış sayıla bilərdi". 

Ağarza Elçinoğlu 

Seçilən
82
50
unikal.az

10Mənbələr