AZ

Zakir Fərəcov partlayış baş verən əraziyə gəldi – FOTO

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər, 13-cü mikrorayon ərazisində baş verən partlayışdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə gələrək vəziyyətlə tanış olub.

Musavat.com xəbər verir ki, hadisə nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında 13-cü mikrorayonda beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində Əliyev Ramin Zakir oğlu (1977), Əliyev Ayxan Ramin oğlu (2007) və Əliyeva Familə Ramin qızı (2010) xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimallara görə, partlayışın səbəbi qaz sızması olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Seçilən
8
13
musavat.com

10Mənbələr