“Donald Trampın təhdidlərinə baxmayaraq, BRİCS çərçivəsində ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindəyik”.
EDnews xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.
O, BRiCS-in blok qarşıdurmasında iştirak etmədiyini və dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin tərəfdarı olduğunu vurğulayıb.
Xatırladaq ki, dekabrın 1-də Tramp BRİCS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, 100% tariflər tətbiq edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan istənilən ölkə “Amerika ilə vidalaşacaq”.