AZ

Peskov Ukraynanın NATO-ya üzv olması xəbərinə münasibət bildirdi: "Qəbuledilməzdir"

Ukraynanın NATO-ya tam üzv olması Rusiya üçün qəbuledilməzdir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl "Yevropeyskaya Pravda" nəşri əlində olan sənədə istinadən xəbər vermişdi ki, Ukrayna Xarici İşlər Nazirliyi NATO nazirlərinin iclasının başlandığı gün mümkün təhlükəsizlik təminatları ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Bildirib ki, Ukrayna üçün yalnız real təhlükəsizlik zəmanəti NATO-ya tamhüquqlu üzvlükdür.

"Potensial olaraq belə bir qərar bizim üçün sadəcə olaraq qəbuledilməzdir, çünki bu, təhdidedici hadisədir. Bu, indi baş verənlərin və xüsusi hərbi əməliyyata başlamağımızın əsas səbəblərini aradan qaldırmır", - Peskov bildirib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev tərəfindən zorakılığa məruz qalan insanların müdafiəsi" adlandırıb.


Bizim.Media

Seçilən
33
50
bizim.media

10Mənbələr