28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalındakı Metina bölgəsində həyata keçirilən hava əməliyyatında 5 PKK terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamada bildirilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Türkiyə Silahlı Qüvvələrimiz terror təşkilatı PKK-nı yuvasında vurmağa davam edir. 28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində Metina bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Terroru mənbəyində aradan qaldırmağa qərarlı, qətiyyətli və qadirik!”- deyə bildirilib.