AZ

Cənubi Koreyada SON VƏZİYYƏT: Parlament binasına giriş bağlandı - VİDEO

Xəbər verdiyimiz kimi Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.

Bizim.Media xəbər verir ki, hərbi vəziyyət elan edildikdən sonra Cənubi Koreya parlamentinin binasına giriş bağlanıb.

Həmçinin ölkənin müxalif Demokrat Partiyasının nümayəndələri Milli Assambleyanın binası bağlı olduğu üçün binaya toplaşa bilməyiblər.
 

Hakim Vətəndaş Gücü Partiyasının lideri Han Donq-Huk Cənubi Koreya prezidentinin ölkədə hərbi vəziyyət elan etməsini səhv adlandırıb. Lakin Cənubi Koreyanın müdafiə naziri prezidentin hərbi vəziyyət elan etmək qərarını dəstəklədiyini bildirib.


Ordu komandanı Park An-soo hərbi vəziyyətə cavabdeh şəxs seçilib. O bildirib ki, mövcud vəziyyətlə bağlı ölkədə siyasi fəaliyyətlər, o cümlədən mitinq və nümayişlər qadağandır.


Bizim.Media

Seçilən
23
23
bizim.media

10Mənbələr