Türk Hava Yolları (THY) İsrailin Livana hücumlarından sonra İsrailin sentyabrın 21-də dayandırmağa qərar verdiyi Beyruta uçuşları bərpa edib.
SİA xəbər verir ki, THY-nin internet saytında yer alan açıqlamaya görə, əvvəlcə gündəlik tək uçuş olması planlaşdırılan Beyrut uçuşları dekabrın 6-da gündəlik 2 uçuşa qaldırılacaq.Dekabrın 11-də reyslər adi cədvəl üzrə gündə 4 reys olmaqla həyata keçiriləcək.