AZ

Cənubi Koreyada hərbi vəziyyət elan edildi - İlginc səbəb

Cənubi Koreya prezidenti Yoon Seok-yeol çərşənbə axşamı ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Prezidentin sözlərinə görə, bu qərar Şimali Koreya yönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün qəbul edilib.

“Yonhap” agentliyinin məlumatına görə, Cənubi Koreya lideri gecə saatlarında fövqəladə iclas keçirib, bundan sonra ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri səbəbindən hakimiyyətin iflic olacağı təhlükəsini bəyan edib. Ölkədə hərbi vəziyyətin tətbiqinin arxasında məhz bunun dayandığı deyilir.

Cənubi Koreyada hərbi vəziyyətə məsul olan komandir Park An Su bütün media üzərində nəzarətin tətbiq olunduğunu açıqlayıb.


Müəllif: Arzu
Seçilən
11
31
teleqraf.com

10Mənbələr