AZ

“Qarabağ” ciddi itki ilə üzləşdi

“Qarabağ”ın futbolçusu Julio Romao bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, braziliyalı oyunçunun müalicəsi bir həftə çəkəcək.

Qeyd edək ki, Julio Romao “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında zədə alıb.

Seçilən
80
11
tribunainfo.az

10Mənbələr