AZ

Putinin hədiyyə etdiyi pişik öldü - FOTO

Rusiya Prezidenti Vladimir Putinin Yaponiyanın Akita prefekturasının qubernatoru Norihisa Satakeyə verdiyi "Mir" adlı sibir pişiyi ölüb.

Milli.Az modern.az-a istinadən bildirir ki, Putin pişik balasını 2012-ci ilin yayında hədiyyə edib. Ölümün səbəbi xəstəlik olub.

2012-ci ildə Satake Rusiya prezidentinə Yapon Akita İnu balası bağışlayıb.

Buna cavab olaraq Vladimir Putin Norihisa Satakeyə pişik balası hədiyyə edib.

"Mir" adlı pişik qubernatorun evində yaşayırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
60
50
milli.az

10Mənbələr