AZ

Ayağı bir neçə yerdən sınan futbolçusu ilə bağlı daha bir ÜZÜCÜ XƏBƏR

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ayağı bir neçə yerdən sınan "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi mövsümü erkən başa vura bilər.

Publika.az xəbər verir ki, bu barədə "Report"a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini Əli Balakişiyev məlumat verib.

O, "Sabah"la matçın 21-ci dəqiqəsində rəqib oyunçu ilə girdiyi mübarizədə zədələnən futbolçunun dərhal təcili tibbi yardım maşını ilə Gəncəyə aparıldığını bildirib:

"Marandiçi Gəncədəki özəl klinikalardan birinə aparıldı. İlkin müayinədən sonra onun ayağının bir neçə yerdən sındığı müəyyən edildi. Ayağına gips qoyulub və oradan da əməliyyat üçün Bakıya göndəriləcək. Böyük ehtimalla sabah və ya o biri gün əməliyyat olunacaq. Gedişat onu göstərir ki, futbolçumuz mövsümü erkən başa vura bilər".

Seçilən
18
9
publika.az

10Mənbələr