AZ

“Biz atəşkəsə sadiqik, lakin ...”

İsrail Livanda atəşkəsin saxlanmasına sadiq olduğunu, lakin Hizbullah tərəfindən onun pozulmasına qarşılıq verəcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin şimalındakı Nahariya şəhərində danışıb.

"Biz atəşkəsə sadiqik, lakin qarşı tərəfdən atəşkəsin pozulmasına dözməyəcəyik", - Netanyahu bildirib. 

Onun sözlərinə görə, noyabrın 2-də Livan sərhədindən ciddi pozuntu baş verib və bunun ardınca İsrail oradakı 20 hədəfə zərbə endirib.

Milli.Az 

Seçilən
4
3
milli.az

4Mənbələr