Arktikada buz qalmasa, Yer üç il ərzində “məşhur dövr”ünü yaşaya bilər.
Editor.az bu barədə “Daily Mail” ə istinadən yazır. Mütəxəssislər yaxın üç ildə Arktikada buzların tam əriməsinin mümkünlüyünü müəyyən ediblər. Lakin atmosferə atılan karbon qazının miqdarından asılı olmayaraq, buz 9-20 il ərzində tamamilə əriyəcək. Bundan əlavə, buzlaqların yox olması qlobal istiləşmə ilə əlaqələndirilir. 2024-cü il Arktikada qeydə alınmış ən isti il ola bilər.
Bundan bir qədər əvvəl ABŞ və İsveçdən olan beynəlxalq alimlər qrupu Arktikada dəniz buzunun yay aylarında nə vaxt tamamilə əriyə biləcəyini hesablayıb. Bundan əlavə, iqlim dəyişdikcə, Arktikada dəniz buzunun yüksək sürətlə, hər on ildə 12%-dən çox yoxa çıxdığı bildirilir. Araşdırmalar isə göstərir ki, istixana qazı emissiyalarının azaldılması buzsuz Arktikanı gecikdirə bilər.
//Gülnarə Abasova, Editor.az