AZ

Daşınmaz əmlakın icbari sığortası üzrə 1,87 milyon manat ödəniş edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 640 hadisəyə görə sığorta şirkətləri tərəfindən 1,87 milyon manat ödəniş edilib.

İcbari Sığorta Bürosunun məlumatına görə, daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

“İcbari sığorta haqqında” Qanuna əsasən, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği 15 min manat təşkil edir.

Seçilən
20
8
vergiler.az

10Mənbələr