AZ

"Həmin qadına maaşının 3 qatını verməsəm, kişi deyiləm" - Ağadadaş Ağayev » AzadMedia.az


Xalq artisti Ağadadaş Ağayev xəstəxana əməkdaşları ilə arasındakı insidentlə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra açıqlama verib.

Baku TV-yə danışan Ağadadaş Ağayev bir sıra suallara aydınlıq gətirərək, qarşı tərəflə barışıq məsələsinə də toxunub:

"Mən onu deyə bilərəm ki, Nəzakət xanımın ayağına balta dəyməyib. O, yara almayıb. Nəzakət xanım qadındır, ona çox böyük hörmətim var. Yəqin ki o, sonda mənimlə razılaşacaq. Nurəddinlə düşmən deyiləm, elə bir fikrim də yoxdur. İstəyərdim ki, özləri hər şeyi etiraf etsinlər".

Ağadadaş Ağayev insident zamanı atdığı balta zərbəsindən xəsarət alan və hospitalda xadimə işləyən Nəzakət Paşayevaya istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Ağadadaş Ağayev deyib ki, o, hətta Nəzakət Paşayevanı işlə də təmin edə bilər: "Nəzakət xanım gəlsin, onu işə götürüm. Ona orada aldığı maaşın 3 qatını verməsəm, kişi deyiləm".
Seçilən
17
22
azadmedia.az

10Mənbələr