Şuşa. Trend:
2-3 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığıilə Şuşa şəhərində reallaşan “Yaradıcılıq Marafonu” yekunlaşıb.
Nazirlikdən Trend-ə verilən xəbərə görə, “Gənclər Paytaxtı”bağlanış tədbirləri çərçivəsində baş tutan marafonun əsasistiqamətləri animasiya, dəb, film və dizayn olaraq müəyyənolunub.
“Yaradıcılıq Marafonu” islam ölkələrindən olan gənc istedadlarıbir araya gətirərək müxtəlif yaradıcı sahələrdə birgə əməkdaşlıq vəinnovativ məhsulların yaradılmasını təşviq edən unikal platformarolunu oynayıb.
Marafonda sadalanan istiqamətlər üzrə təcrübəli mentorlarınrəhbərliyi və dəstəyi ilə beynəlxalq və yerli iştirakçılardanibarət ümumilikdə 14 komanda 24 saat ərzində öz məhsullarınıhazırlayıblar.
Komandalar dekabrın 3-də münsiflər heyətinin qarşısındatəqdimatlarla çıxış ediblər.
Münsiflər heyətinin qiymətləndirməsindən sonra nəticələraçıqlanıb və animasiya üzrə “Little Simurg”, film üzrə “Lastnight”, Dəb üzrə “Gothica” və dizayn üzrə “Millenium” komandalarımarafonun qalibləri sırasında yer alıblar.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası”nı rəhbər tutaraq təqdimolunan bu layihə gənclərdə innovativ və yaradıcı yanaşma tərziniformalaşdırmaq məqsədini daşıyıb.
Həmin strategiyanın həyata keçirilməsi istiqamətində icra olunan“Yaradıcı Azərbaycan” proqramının əsas hədəfləri ölkəmizdə yaradıcısənayelər və müvafiq biznes subyektləri üçün əlverişli şəraitinformalaşdırılması, həmçinin bu sahədə yaradılan məhsul vəxidmətlərin ixracının dəstəklənməsi və yeni istehlak bazarlarınınaçılmasıdır.
Marafonun təşkil olunması, məhz bu hədəflərə yönəlməklə, MYSsahəsində yeni panregional bazarın formalaşması perspektivlərinitəsdiq edir.