AZ

"Youtube" nə üçün televiziyanı keçə bilmir? - Maraqlı SƏBƏBLƏR

"Sovet dövrünün insanları sosial və mədəni baxımdan televiziyanın uzun müddət bir etibar mənbəyi olduğunu qəbul ediblər". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, televiziya, çox vaxt peşəkar və ciddi müxbirlər və aparıcılar tərəfindən idarə olunan proqramlarla təmsil olunur:

"Buna görə də insanlar televiziyanı daha etibarlı və məlumatlı bir mənbə kimi görürlər. "Youtube" isə fərdi bir platformadır və burada hər kəs öz kontentini yaratmaqda sərbəstdir. Ona görə də platforma sahibi daha çox baxış yığmaq üçün əsası olmayan xəbərlər yayır. Eyni zamanda, hər kəs bu platformada sərbəst olduğu üçün öz həyat hekayələrini, qeyri-etik danışıq tərzi və sərgiləyirlər. Bu isə sosial şəbəkənin professionallığını aşağı salır". 

363646

Həmsöhbətimiz qeyd edib ki, "Youtube" nə qədər işimizi asanlaşdırsa da psixoloji olaraq  köhnə vərdişlərə bağlanmağa və onları dəyişdirməyə qarşı müqavimət göstərdiyimiz üçün daha çox televiziyadan istifadə edirik:

"Oradakı videolar, izləyicilərdə güclü emosional reaksiyalar doğura bilər. İzləyicilər bəzən videolar vasitəsilə əylənir, gülür, dərdini unutmağa çalışır. Sanki həyatda qarşılaşdıqları çətinliklərdən bir az da olsa uzaqlaşmağa çalışırlar. 

Psixoloji olaraq, "Youtube" bu baxımdan bir "dərdin qaçışı" funksiyası daşıyır. İnsanlar tez-tez stress və narahatlıqla mübarizə aparan zaman "Youtube"da əyləncə videoları və ya rahatlaşdırıcı məzmunlar axtarır. Bu isə qısamüddətli olaraq ruhi sağlamlığa müsbət təsir edə bilər". 

Psixoloqun sözlərinə görə, "Youtube" platformasının həyatımıza psixoloji təsiri həm müsbət, həm də mənfi ola bilər:

"Bir tərəfdən, bu platforma özünü ifadə etmək, öyrənmək və əylənmək üçün geniş imkanlar təqdim edir. Digər tərəfdən, sosial müqayisə, emosional narahatlıq və informasiya çətinlikləri kimi psixoloji çətinliklər də yarada bilər. İnsanların bu platformada keçirdiyi vaxtın necə keçdiyini, hansı məzmunu izlədiyini və nə məqsədlə istifadə etdiyini nəzərə alaraq, onun həyatımızdakı rolu həm psixoloji rahatlıq, həm də stress və depressivlik mənbəyi ola bilər".

Pərviz

Seçilən
48
50
hit.az

10Mənbələr