AZ

Moskvadan SƏRT BƏYANAT - Suriyadakı gərginliyin arxasında BU ÖLKƏ DAYANIR

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı Suriyadakı vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Suriyada baş verən hadisələri kəskin şəkildə qınayıb və gərginliyin artmasında "Ukrayna izi"nin olduğunu iddia edib.

Onun sözlərinə görə, Suriyada xarici döyüşçülər, o cümlədən postsovet məkanından olan şəxslər sırasında Ukrayna ilə bağlı izlər açıq şəkildə görünür.

"Postsovet məkanından olan şəxslər də daxil olmaqla, xarici döyüşçülər arasında "Ukrayna izi" mövcuddur" – deyə Zaxarova bildirib.

Musavat.com

Seçilən
61
21
musavat.com

10Mənbələr