“Böyük ağrı ilə “Vətəndaş Müqaviləsi” (KP) fraksiyasını tərk edirəm”.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu deputat Ovik Ağazaryan deyib. O, bildirib ki, bu gün parlamentdə təmsil olunduğu hakim partiyanın İdarə Heyətinin qərarı ilə təşkilatdan kənarlaşdırılıb. Ağazaryan bildirib ki, əsaslandırmaları müzakirə etmək imkanı olacaq.
“Əvvəla, öz davranışım və hərəkətlərimlə komandamızın reputasiyasına ciddi xələl gətirdiyimə görə partiya yoldaşlarımdan üzr istəyirəm. Mən KP fraksiyasından olan həmkarlarımı bir daha çətin vəziyyətə salıb, onların fraksiyadan çıxarılması üçün öz məsələmi müzakirə etmək istəmirəm. Mən özüm böyük ağrı ilə KP-dən ayrıldığımı elan edirəm”, - Ağazaryan bildirib.
Deputatın çıxışından sonra parlamentin spikeri Alen Simonyan parlamentin katibliyindən Ağazaryanın iclas zalında başqa yerə keçməsini təmin etməyi xahiş edib.
Ağazaryan İdarə Heyətinin qərarı ilə partiyadan uzaqlaşdırılıb. Buna səbəb kimi dövlət və partiya əhəmiyyətli məxfi məlumatların sızması, ictimai əxlaq normalarının kobud şəkildə pozulması göstərilir.
Ağazaryanın mandatına qarşı proses parlamentdə İstintaq Komitəsinin keçmiş rəhbəri olan Argişti Kyaramyanla davadan sonra başlayıb. Kyaramyan Ağazaryanı oğlunun cinayət işinə müdaxilə etməkdə ittiham edib. Paşinyan bir neçə gün sonra etiraf edib ki, o, Ağazaryandan mandatdan imtina etməsini xahiş edib.
Ağazaryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində daha bir iş üzrə dindirilir. Onun kiçik mal-qara biznesinə sponsorluq etdiyinə dair şübhələr var.
Ağazaryan dekabrın 2-də bəyan edib ki, o, Baş nazirin xahişini rədd edir və deputat mandatından imtina etməyəcək. Deputat həyatının ən çətin qərarını onunla bağlı açılan cinayət işlərinə əsaslanaraq verdiyini açıqlayıb. Ağazaryanın qərarından sonra spiker Alen Simonyan bildirib ki, deputat artıq onlarla bir yolun yolçusu deyil.
“AzPolitika.info”