AZ

Hasan Oktay: Türkiyə böhranın əsas səbəbinin birbaşa Yunanıstan olmadığını bilir

Türkiyə xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Sözügedən görüşdə nazirlər Avropa İttifaqının qeyri-rəsmi Xarici İşlər və Müdafiə Nazirləri iclasında iştirak etmək üçün getdikləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.
Qeyd edək ki, kökləri daha qədim olan iki ölkə arasındakı soyuq münasibətlər 2020-ci ildən etibarən gərginlik dövrü kimi qiymətləndirilir. 2023-cü ilin fevralında isə Türkiyədə baş verən zəlzələlərdən sonra münasibətləri yaxşılaşmağa başlayıb.


 Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq "Sherg.az"a söyləyib ki, iki NATO üzvü olan Türkiyə və Yunanıstan aralarındakı problemi davamlı böhran həddində saxlayırlar:

"Yunanıstan Qərbin Osmanlıya qarşı qurduğu dövlətdir. Eynilə Ermənistanın türk dünyasına qarşı qurulduğu kimi Yunanıstan da problemli dövlət kimi də qurulub. Türkiyə isə Yunanıstanın bu xüsusi vəziyyətinə baxmayaraq münasibətlərini qoruyur, diplomatik kanallarını açıq saxlayır. Eyni zamanda ortaya çıxan kiçik və böyük problemlərin həlli üçün davamlı yüksək səviyyəli görüşlər keçirir.  Digər tərəfdən Türkiyə böhranın əsas səbəbinin birbaşa Yunanıstan olmadığını bilir. Yəni Yunanıstan vasitəsilə Türkiyəyə təzyiq olduğunu bildiyi üçün rəsmi Anklara buna uyğun hərəkət edir. NATO konsepsiyası isə ölkələr arasında problem istəmədiyi üçün son günlərdə Türkiyə-Yunanıstan münasibətlərində də irəliləyiş gözlənilir. Bu mənada Hakan Fidan və Giorgos Gerapetritisin danışıqları adi danışıqlar statusunda keçirilən görüşlər kimi qəbul edilməlidir".
Seçilən
32
46
sherg.az

10Mənbələr