Elm və təhsil nazirinin müavini Həsən Həsənli Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Sid Əhməd əl-Bekaye Hamadi ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.