İspaniya çempionatının 19-cu turunda “Real Madrid” “Atletik”in qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, qarşılaşma Bilbao təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 53-cü dəqiqədə ev sahiblərinin hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib. 79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə “Atletik” Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.
Qeyd edək ki, “Real Madrid” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Atletik” isə 29 xalla dördüncü yerdədir.