AZ

Mbappe yenə penalti qaçırdı, “Real” uduzdu

İspaniya çempionatının 19-cu turunda “Real Madrid” “Atletik”in qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, qarşılaşma Bilbao təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 53-cü dəqiqədə ev sahiblərinin hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib. 79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə “Atletik” Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.

Qeyd edək ki, “Real Madrid” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Atletik” isə 29 xalla dördüncü yerdədir.

Xatırladaq ki, Mbappe Çempionlar Liqasında “Liverpul”la oyunda da penaltini vura bilməmişdi.

Seçilən
4
2
qafqazinfo.az

6Mənbələr