"Moskva Ukrayna üzrə danışıqlar və münaqişənin həlli üçün təklif olunan bütün vasitəçilik səylərini alqışlamağa hazırdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə müsahibəsində deyib.
Peskov söhbətində Rusiya prezidenti Vladimir Putinin hər zaman Kiyev hakimiyyəti ilə danışıqlara hazır olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, Vladimir Putin bu halda Ukrayna ilə danışıqlar masasına oturacaq:
"Rusiya Federasiyası Ukrayna ilə sülh danışıqlarını yalnız sonuncu şərtlərin yerinə yetirildiyi təqdirdə aparmağa hazırdır. Ukrayna Silahlı Qüvvələri Rusiyanın yeni regionlarının bütün ərazisindən çıxarılmalıdır. Bundan əlavə, Kiyev rejimi rəsmi şəkildə bəyan etməlidir ki, NATO-ya daxil olmaq planları yoxdur".
Gülayə Mecid