AZ

Əməkdar artist: "Məndə səs yazıları var"

Əməkdar artist İlkin Əhmədov "7 Tamam" verilişində yaşadığı qalmaqala aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, "Xəbərin var?" verilişində qonaq olan xanəndə baş vermiş hadisədə aparıcı Nanə Ağamalıyevanın günahsız olduğunu qeyd edib:

"Nanə xanımın bu məsələdən xəbəri olmayıb. Orada bir işçi var, heyif ki, elə işçilər var. Prodüserdir və o, Nanə xanımı razı salıb ki, İlkin bəyin xəbəri var. Məndə də səs yazıları var idi. Onları üzə çıxartdım ki, etiraz etmişəm. O xanım haqda ölçü götüzdürəcəkdim. Sona kimi getmişdim. Lakin həmin şəxsin xanım olması və səhvlərini etiraf etmələri məni fikrimdən daşındırdı. Həm də kanalın adının hallanmasını istəmədim. Mən belə şeylərlə gündəmdə olmaq istəmirəm, ayıbdır".

Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.

Milli.Az

Seçilən
26
50
milli.az

10Mənbələr