AZ

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Azərbaycanla sülh müqaviləsi layihəsinin bəndlərinin 90 faizi razılaşdırılıb. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab iclasında deyib. 

"Regionda vəziyyətin sabit olması rəhbərlik komandanın, konkret olaraq mənim marağımdadır. Regionda sabitliyin pozulmasında maraqlı olan qüvvələr var. Biz heç bir təxribata təslim olmamalı və yorulmadan mövqeyimizi aydınlaşdırmalıyıq, bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan siyasi müstəvidə daha bir hüquqi addım ataraq bir-birinin ərazi bütövlüyünü tanıyıblar. 

Baş nazir vurğulayıb ki, yaxın gələcəkdə qarşılıqlı razılaşma əsasında növbəti hissədə delimitasiya prosesinə başlamalıdırlar: "Mən sadəcə olaraq Ermənistan Respublikasının regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm. Demarkasiya komissiyalarının birgə fəaliyyətinin reqlamentinin təsdiq edilməsi bizə hər şeyi danışıqlar əsasında etməyə imkan verir. Ümid edirəm ki, biz sülh sazişi layihəsi üzərində işi aktivləşdirəcəyik, çünki onun 90 faizi yerinə yetirilib". 

O, bir daha Ermənistanın sülh gündəminə sadiq olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu

Seçilən
71
50
unikal.az

10Mənbələr