Redaksiyamıza yeni dələduzluq növü ilə bağlı şikayət daxil olub.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdəki film çəkmək adı ilə yayılan bu fırıldaqlıq qısa müddətdə popularlaşıb.
Həmin filmdə rol almaq istəyən şikayətçimiz elana müraciət edib.
"Devin Medya Akademi" film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elan paylaşıb. Bu elanı görüb müraciət edən şəxslərdən "vatsap" qrupuna əlavə olunmaları üçün 20 manat tələb edilib".
"Əvvəlcə 20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq aktyorluq kursunda iştirak üçün 600 manat verirsiz", - elan paylaşılıb.
İddiaya görə, ölkədə yeni bir serial çəkiləcək adı ilə 850-dən çox şəxs "Devin Medya Akademi" adlı təşkilatda kursa yazılıb və ödəniş ediblər.
Məsələ ilə bağlı "Devin Medya Akademi" bildirildi ki, onlar Türkiyədən bura film çəkilişləri üçün gəliblər.
"Biz öncə onları aktyor kimi yetişdirib, sonra filmə çəkəcəyik. Bu kurs müddəti 3 ay həftədə 1 dəfə əhatə edir".
Sözügedən faktla bağlı DİN-dən bildirildi ki, araşdırmalara başlanılıb.
Milli.Az