Rusiya hakimiyyəti Suriyadakı hadisələri böyük diqqətlə izləyir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva daim “suriyalı dostlarla” dialoq aparır.
“Hazırda Suriyada baş verənləri çox diqqətlə izləyirik. Biz suriyalı dostlarımızla, Dəməşqlə davamlı dialoqdayıq”, - Peskov bildirib.
Kreml nümayəndəsi əlavə edib ki, vəziyyətin qiymətləndirilməsindən asılı olaraq, hökumət əleyhinə silahlı qruplaşmalarla mübarizə üçün Suriya hakimiyyətinə lazım olan yardımdan danışmaq olar.
QAZİLER.AZ