Rumıniyada qadının şikayəti əsasında şirniyyat mağazaları bağlanıb.
News24.az xəbər verir ki, Buxarestdə qadın müştəri bir mağazada vaxtı keçmiş məhsulun olması ilə bağlı aidiyyəti qurumlara şikayət edib.
Yoxlamalar zamanı həmin mağazada vaxtı keçmiş bir çox məhsullar olub.
Qida nəzarətçiləri digər 2 dükanda da eyni problemlə qarşılaşıblar. Bu səbəbdən verilən qərara görə, hər üç mağazanın fəaliyyəti dayandırılıb.
Ağa Dadaşzadə