AZ

Cəzaçəkmə müəssisələrində maarifləndirici görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində insan hüquqlarına və narkomaniya ilə mübarizəyə həsr edilən tədbir keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "İki sahil"ə verilən məlumata görə, tədbirdə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününün mahiyyətindən bəhs edilib, ölkəmizdə insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışılıb.

Silsilə təşkil edilən maarifləndirmə görüşləri 2, 6, 9, 10, 11, 12, 13 və 15 saylı cəzaçəkmə müəssisələrini də əhatə edib.

Təqdimatlarda cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqi təminatı və vəzifələri haqqında geniş məlumat verilib. Narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışılıb.

Görüşlər çərçivəsində narkomaniyanın cəmiyyətə, insan sağlamlığına ziyanından və törətdiyi fəsadlardan, həmçinin yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumağın yollarından bəhs edən “Narkotikə yox deyək” adlı videoçarx nümayiş olunub.

Tədbirin yekununda mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Seçilən
31
2
ikisahil.az

3Mənbələr