AZ

"Şuşa – İƏT Gənclər Paytaxtı 2024" proqramının iştirakçıları Qarabağ Universitetində olublar

Bu gün “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" beynəlxalq proqramının bağlanış tədbirlərindən sonra iştirakçılar Xankəndi və Şuşa turuna çıxıblar.

APA xəbər verir ki, tur zamanı qonaqlar Qarabağ Universiteti və Xankəndi şəhər meydanı ilə tanış olublar.

İştirakçılar sonra Şuşa qalası və Yuxarı Gövhər Ağa məscidinə baş çəkiblər.

Qeyd edək ki, Şuşa səhərində üç gün davam edən tədbirlərdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak ediblər.

Seçilən
24
apa.az

1Mənbələr