AZ

Baydenin oğlu Hunter baydenin işinə yekun vuruldu

ABŞ prezidenti Co Bayden bu yaxınlarda çox mübahisəli bir qərar verdi və oğlu Hunter Bayden üçün əfv səlahiyyətindən istifadə etdi.

Turkustan.az xəbər verir ki, qanunsuz silah əldə etməkdə və vergidən yayınmaqda təqsirli bilinən Hunter Baydenin dosyesi məhkəmə tərəfindən bağlanıb. ABŞ qanunlarına görə, əfv səlahiyyətini ləğv etmək mümkün deyil.
ABŞ prezidenti Co Bayden vergidən yayınma və qanunsuz silah əldə etməkdə təqsirli bilinən oğlu Hunter Baydeni əfv etdikdən sonra müvafiq iş materialları hakim tərəfindən bağlanıb.

Amerika ictimaiyyətində mübahisələrə səbəb olan Hunter Baydenlə bağlı iş faylı Baydenin oğlu üçün əfv səlahiyyətindən istifadə etməsindən sonra rayon hakimi Maryellen Noreika tərəfindən bağlanıb.

Hakim Noreika ABŞ prezidentinin əfv səlahiyyətindən istifadə etməsindən sonra Hunter Baydenin qanunsuz silah əldə etməsi ilə bağlı işin bağlandığını açıqlayıb. Hunter Baydenin vergidən yayınmaqda təqsirli bilindiyi Los-Ancelesdəki başqa bir işdə də faylın eyni şəkildə bağlanacağı gözlənilir.

Demokratlar Partiyası daxilində ciddi müzakirələrə səbəb olan və bir çox demokratlarla yanaşı, respublikaçıların da reaksiyasına səbəb olan Bayden, Anqolaya səfərini davam etdirərkən, haqqındakı tənqidlərə hələ də cavab verməyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr