AZ

Putin və Lukaşenko təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq

Dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurası çərçivəsində növbəti Rusiya-Belarus sammiti keçiriləcək.
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Belarus arasında İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq təklifini qəbul edib.

“Biz sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədə uyğun hesab edirik”-, Rusiya dövlət başçısının rəsmi hüquqi informasiya portalında dərc olunmuş sərəncamında deyilir.

Ən yüksək səviyyədə yəni prezidentlər səviyyəsində növbəti Rusiya-Belarus görüşü dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurası çərçivəsində keçiriləcək.

Sənəddə həmçinin qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinə bu müqavilənin imzalanması ilə bağlı danışıqlar zamanı öz layihəsinə əsassız dəyişikliklər etməyə icazə verilsin.

Bundan əvvəl saziş layihəsini Belarus prezidenti Aleksandr Lukaşenko təsdiqləyib. Müqavilənin özü hələ dərc olunmayıb.
Aytən Yaşar/ Turkustan.az

Seçilən
67
13
turkustan.az

10Mənbələr