İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında Naxçıvan Sənaye Parkının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. O qeyd edib ki, Prezidentin müvafiq fərmanı bütövlükdə ölkə iqtisadiyyatına töhfə verəcək:
“Naxçıvan Muxtar Respublikası İran və Türkiyə, həm də artıq Ermənistanla sərhəddir. Sənaye parkları, adətən, azad iqtisadi zona statusuna malik olur və həmsərhəd ölkələrə yaxın ərazilərdə salınır. Bu, ölkənin ümumi idxal-ixrac əməliyyatlarının genişlənməsində, qeyri-neft sektorunun inkişaf etdirilməsində mühüm rol oynayır. Naxçıvan Sənaye Parkında hansı həcmdə işlərin görülməsi haqqında hələki ətraflı məlumat yoxdur. Hər bil halda belə sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətlidir. Bununla ölkənin ümumdaxili məhsulu və ixrac potensialı arta bilər”.
Törə Zeynallı
Demokrat.az