FED.az Azərbaycanın aparıcı banklarından olan “Rabitəbank”ın gəlir mənbələrini təqdim edir. 2024-cü ilin üçüncü rübünün nəticələrinə görə, “Rabitəbank”ın ümumi gəlirləri 124 milyon 21 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 10-cu yeri tutur.
«Bank of Baku» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
Hesabat dövründə (üçüncü rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 73 milyon 3 min manatı və ya 58%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 30 milyon 7 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 24%-i deməkdir.
Daha 2 milyon 941 min manat isə “Rabitəbank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 2%-i.
Qiymətli kağızlar bazarına yatırımlar isə “Rabitəbank”a 6 milyon 949 min manat gəlir gətirib – ümumi gəlirlərin 6%-i.
Bunlardan əlavə “Rabitəbank” digər faiz və digər qeyri-faiz gəlirlərindən 7 milyon 337 min manat qazanıb – ümumi gəlirlərin 7%-i.
Başqa banklara depozit və kredit ayırmaqla 3 milyon 784 min manat gəlir əldə edib yəni ümumi gəlirlərin 3%-i.
Ümumiyyətlə, “Rabitəbank”ın ümumi gəlirlərində faiz gəlirləri 68%, qeyri-faiz gəlirləri 32% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 73 003 | 58% |
Komissiya haqları | 30 007 | 24% |
Valyuta əməliyyatlarından gəlirlər | 2 941 | 2% |
QK-a investisiyadan gəlir | 6 949 | 6% |
Digər banklara depozitlərdən gəlirlər | 3 026 | 2% |
Digər banklara kreditlərdən gəlirlər | 758 | 1% |
Digər faiz gəlirləri | 94 | 1% |
Digər qeyri-faiz gəlirləri | 7 243 | 6% |
|
| |
CƏMİ GƏLİRLƏR | 124 021 | 100% |