AZ

"Özsüt Azerbaijan" məhkəmə qarşısında - Bu tarixdə olacaq - Vergi borcu da var

"Özsüt Azerbaijan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 
Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə dekabrın 17-də baxılacaq.
 
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 
 
Qeyd: MMC-nin qanuni təmsilçisi Rəhman Qadir oğlu Vəliyevdir. Şirkətin dövlətə 1476020 AZN borcu var. 
Seçilən
266
5
yenilik.az

10Mənbələr