Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni hökumət başçısını təyin etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə o, xalqa müraciətində deyib.
“Yaxın günlərdə yeni baş naziri təyin edəcəyəm”, – deyə Makron qeyd edib.
Bundan əvvəl Fransa Milli Assambleyası 2025-ci il dövlət büdcəsinin sosial bölmələrini parlamentdən yan keçərək qəbul etdiyinə görə Nazirlər Kabinetinə etimadsızlıq barədə qətnaməni təsdiqlədikdən sonra Fransa prezidenti baş nazir Mişel Barnyenin hökumətin istefası ilə bağlı müraciətini qəbul edib.